Azərbaycan ötən il Gürcüstandan avtomobil idxalına görə birinci yerə çıxıb.
“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
2022-ci ildə ən çox minik avtomobilləri Gürcüstandan aşağıdakı ölkələrə ixrac edilib:
Azərbaycana: 30 452 avtomobil: 308,4 milyon dollar, Ukraynaya: 12 min 673 avtomobil: 119,8 milyon dollar, Ermənistana: 11 min 932 avtomobil: 144,7 milyon dollar, Qazaxıstana: 7352 avtomobil: 104,4 milyon dollar, Qırğızıstana: 7441 avtomobil - 70,9 milyon dollar, Rusiyaya: 5395 avtomobil: 75,6 milyon dollar, Tacikistana: 2610 avtomobil: 17,2 milyon dollar, Belçikaya: 540 avtomobil: 24,7 milyon dollar, Moldovaya: 313 avtomobil: 3,082 milyon dollar, Belarusa: 230 avtomobil, 6,4 milyon dollar.
Qeyd edilir ki, ötən il Gürcüstandan digər ölkələrə minik avtomobillərinin ixracının həcmi 98 faiz artıb. Əgər 2021-ci ildə ölkədən 456,5 milyon ABŞ dolları dəyərində avtomobil ixrac edilibsə, 2022-ci ildə bu rəqəm 903,8 milyon dollar olub.