Yuxarı

​Azərbaycan Gürcüstan qoyunlarının yeganə stabil idxalçısıdır

Qonşu müsəlman ölkələrində gürcü qoyunlarına tələbat azalıb

Bakı. 12 fevral. REPORT.AZ/ Qonşu müsəlman ölkələrində Gürcüstan qoyunlarına tələbat azalıb və buna qoyunların Ermənistandan idxal edilməsi səbəb olub.

"Report" xəbər verir ki, Gürcüstan Qoyunçuluq Assosiasiyasının rəhbəri Beka Qonaşvilinin "Kommersant"a bildirdiyinə görə, hazırda gürcü qoyunlarının stabil idxalçısı yalnız Azərbaycandır ki, bura da Ermənistan siyasi səbəblərdən qoyun ixrac edə bilmir.

Onun sözlərinə görə, erməni qoyunlarının üstünlüyü qiymətlərinin ucuz olmasındadır. Gürcüstanda qoyunun 1 kiloqramı 3,5 - 4 dollara, Ermənistanda isə 2 dollara düşür. Və bir qoyunda fərq 30 dollaradək arta bilir.

"Bundan əlavə, ciddi problem ondan ibarətdir ki, Azərbaycan idxalatçıları qoyunları tez-tez borca alırlar və bəzən elə olur ki, qoyunçuluqla məşğul olan bir çoxları hələ ötən il satdıqları qoyunların pullarını ala bilmirlər" - deyə o bildirib.

Assosiasiya rəhbərinin sözlərinə görə, əvvəllər gürcü qoyunları 12 ölkəyə - İran, Azərbaycan, Oman, İordaniya, Livan, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və s. ixrac olunurdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi