Azərbaycan daha iki ölkədən polietilen almağa başlayıb

Sənaye
  • 02 mart, 2022
  • 12:52
Azərbaycan daha iki ölkədən polietilen almağa başlayıb

Ötən il Azərbaycandan xaricə 175,428 milyon ABŞ dolları dəyərində 139 min 324,9 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 25,9 % çoxdur.

Rusiyaya 68,622 milyon ABŞ dolları dəyərində 50 min 113,25 ton, Türkiyəyə 35,518 milyon ABŞ dolları dəyərində 28 min 914 ton, Çinə 28,247 milyon ABŞ dolları dəyərində 27 min 967,5 ton, Litvaya 11,828 milyon ABŞ dolları dəyərində 8 min 258,75 ton, Ukraynaya 11,752 milyon ABŞ dolları dəyərində 9 min 270 ton polietilen satılıb.

2020-ci ilin göstəriciləri ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 8,2 dəfə və 4,3 dəfə artıb, Türkiyəyə - 37,1 % artıb və 20,6 % azalıb, Çinə - 22,9 % və 47,8 % azalıb, Litvaya – 131 dəfə və 55,8 dəfə artıb, Ukraynaya 7,2 dəfə və 4,4 dəfə artıb.

Bir il 3 aylıq fasilənin ardından İrana, 4 il 3 ayın və 4 il 2 ayın tamamında Çexiya və Bolqarıstana tədarük bərpa edilib. Ötən il ilk dəfə olaraq Azərbaycandan Meksika, Misir, Polşa, Serbiya və Slovakiyaya polietilen ixrac edilib.

Hesabat dövründə Azərbaycan xaricdən 36,025 milyon ABŞ dolları dəyərində 27 min 385,88 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) alıb ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq 8,2 % çoxdur və 19,4 % azdır.

İrandan 23,068 milyon ABŞ dolları dəyərində 18 min 505,44 ton, Səudiyyə Ərəbistanından 4,242 milyon ABŞ dolları dəyərində 3 min 795,15 ton, Amerika Birləşmiş Ştatlarından 1,723 milyon ABŞ dolları dəyərində 885,5 ton, Koreyadan 1,148 milyon ABŞ dolları dəyərində 541,32 ton, Türkiyədən 653,52 min ABŞ dolları dəyərində 331,44 ton məhsul gətirilib.

Əvvəlki illə müqayisədə İrandan idxal müvafiq olaraq 0,14 % və 27,3 % azalıb, Səudiyyə Ərəbistanından – 45,1 % və 32,1 % artıb, Amerika Birləşmiş Ştatlarından – 2,1 dəfə 26,8 % artıb, Koreyadan – 7,9 % artıb və 13,3 % azalıb, Türkiyədən – 45,4 % və 65,7 % azalıb.

Bir il 3 aylıq fasilənin ardından Avstriyadan, 2 il 3 aylıq aradan sonra Omandan və 2 il 5 ayın tamamında Almaniyadan, 6 il 5 aydan sonra Rumıyadan tədarük bərpa edilib. Ötən il ilk dəfə olaraq Çexiya və Litvadan polietilen idxal edilib