Azərbaycan daha 5 ölkəyə polietilen satmağa başlayıb

Sənaye
  • 25 yanvar, 2022
  • 06:03
Azərbaycan daha 5 ölkəyə polietilen satmağa başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 160,092 milyon ABŞ dolları dəyərində 128 min 844,68 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 29,77 % çoxdur.

Hesabat dövründə Rusiyaya 59,469 milyon ABŞ dolları dəyərində 44 min 472 ton, Türkiyəyə 35,518 milyon ABŞ dolları dəyərində 28 min 914 ton, Çinə 23,265 milyon ABŞ dolları dəyərində 23 min 918 ton, Ukraynaya 11,724 milyon ABŞ dolları dəyərində 9 min 249 ton, Litvaya 11,462 milyon ABŞ dolları dəyərində 8 min 028 ton polietilen satılıb.

2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 7,2 dəfə və 3,9 dəfə artıb, Türkiyəyə - 93,62 % və 2,4 % artıb, Çinə - 31,1 % və 52,72 % azalıb, Ukraynaya 7,7 dəfə və 4,6 dəfə artıb, Litvaya – 126 dəfə və 54 dəfə artıb. Bir illik aradan sonra Litvaya, 1 il 3 aylıq fasilənin ardından İrana, 4 il 3 ayın və 4 il 2 ayın tamamında Çexiya və Bolqarıstana tədarük bərpa edilib. Ötən il ilk dəfə olaraq Azərbaycandan Meksika, Misir, Polşa, Serbiya və Slovakiyaya polietilen ixrac edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti