Azərbaycan bu il 7 milyon dollarlıq karbamid ixrac edib

Azərbaycan bu il 7 milyon dollarlıq karbamid ixrac edib Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 50,4 min ton azot gübrəsi ixrac edib.
Sənaye
16 İyun , 2020 17:12
Azərbaycan bu il 7 milyon dollarlıq karbamid ixrac edib

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 50,min ton azot gübrəsi ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 7,4 milyon ABŞ dolları təşkil edib.

5 ay ərzində azot gübrəsinin qeyri-neft sektoru üzrə ixracda payı 1% olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid istehsal etmək gücündədir.

İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi