Azərbaycan bu il 7,4 mln. dollarlıq karbamid ixrac edib

Azərbaycan bu il 7,4 mln. dollarlıq karbamid ixrac edib Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 50,4 min ton həcmində azot gübrəsi ixrac edib.
Sənaye
125
14 May , 2020 11:51
Azərbaycan bu il 7,4 mln. dollarlıq karbamid ixrac edib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 50,4 min ton həcmində azot gübrəsi ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 7,4 mln. ABŞ dolları təşkil edib.

Azot gübrəsininin dörd ayda qeyri-neft sektoru üzrə ixracda payı 1,34% olub.

Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi