Azərbaycan bir ildə polipropilen ixracını 15 dəfəyə yaxın artırıb

Azərbaycan bir ildə polipropilen ixracını 15 dəfəyə yaxın artırıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 59,6 mln ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edilib.
Sənaye
28 Dekabr , 2019 14:05
Azərbaycan bir ildə polipropilen ixracını 15 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 59,6 mln ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edilib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 mln dollar və ya 13,1% azdır.

Bundan başqa, bu ilin 11 ayı ərzində ölkəmizdən digər ölkələrə 59,4 mln ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,4 mln dollar və ya 14,9 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi