Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 212,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4%, sair nəqliyyat vasitələrinin istehsalı 63% artıb, maşın və avadanlıqların istehsalı isə 50,4% artıb.
Yanvar-avqust aylarında Azərbaycanda 1 170 ədəd minik avtomobili istehsal olunub. Bu da illik müqayisәdә 326 әdәd və ya 21,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 119 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ötən dövrü ərzində ölkədə 165 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 79,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb.