Azərbaycan alimlərinin ixtira etdiyi qatqıya patent alınacaq

Azərbaycan alimlərinin ixtira etdiyi qatqıya patent alınacaq AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) bu qurumun rəhbərliyi və Yüksək Texnologiyalar Parkının (YT Park) nümayəndələri arasında görüş keçirilib.
Sənaye
30 Sentyabr , 2021 16:02
Azərbaycan alimlərinin ixtira etdiyi qatqıya patent alınacaq

AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) bu qurumun rəhbərliyi və Yüksək Texnologiyalar Parkının (YT Park) nümayəndələri arasında görüş keçirilib.

Bu barədə “Report” YT Parka istinadən xəbər verir.

Görüşdə PMİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, icraçı direktoru, kimya elmləri doktoru, dosent Kazım Quliyev, YT Parkın icraçı direktoru Zaur Nəhmətov, YT Parkın rezidentləri – Təcrübə-Sənaye Zavodunun icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov, “Bakı Polimer İstehsalat” MMC-nin direktoru Cavid Hüseynov və “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsibov iştirak ediblər.

Əsas məqsəd birgə əməkdaşlıq çərçivəsində görülən işlərin müzakirəsi və perspektivlərin müəyyən edilməsi olub.

Qeyd olunub ki, texnoparkın rezidentləri hər zaman akademiyanın müvafiq institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bildirilib ki, AMEA institutları alimlərinin müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin YT Parkda reallaşdırılmasının həyata keçirilir.

Tədbirdə texnoparkın rezidenti olan “Bakı Polimer İstehsalat” MMC və PMİ alimlərinin qatqı maddələrinin alınması istiqamətində apardıqları birgə tədqiqatlardan bəhs olunub. Qeyd olunan innovativ layihə ilə bağlı patentin alınmasının da nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə, həmçinin birgə həyata keçiriləcək yeni layihələrin müzakirəsi aparılıb, müvafiq tapşırıqlar verilib, o cümlədən investorların cəlb olunması istiqamətində təkliflər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi