“Azəralüminium” İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilir

“Azəralüminium” İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilir Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndiriləcək
Sənaye
9 Aprel , 2021 13:22
“Azəralüminium” İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəralüminium” ASC-nin İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilir.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında qeyd edilib.

Sərəncama əsasən, "Azəralüminium”un Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi, 1 ünvanındakı 67,35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8,05 hektar olmaqla, ümumilikdə 75,4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilir.

Son xəbərlər

Orphus sistemi