Yuxarı

Azərbaycan sement istehsalını 41% artırıb

Yanvar-avqust aylarında Azərbaycanda 1,9 mln. tondan artıq sement istehsal olunub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1,911 mln. ton sement istehsal olunub.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul istehsalı 40,9% artıb. Bu ilin sentyabrın 1-nə olan vəziyyətə görə, müəssisələrin anbarlarında 142,8 min ton sement ehtiyatı toplanıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda sement istehsalı 2,039 mln. ton təşkil edib. Əvvəlki il ilə müqayisədə sement istehsalı 3,8% artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi