Avropa İttifaqı Çindən polad idxalına antidempinq rüsumu qoyub

Avropa İttifaqı Çindən polad idxalına antidempinq rüsumu qoyub Qərar 6 ay qüvvədə olacaq
Sənaye
11 Avqust , 2017 14:27
Avropa İttifaqı Çindən polad idxalına antidempinq rüsumu qoyub

Bakı. 11 avqust. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Çindən idxal olunan polad məhsullarına müvəqqəti antidempinq rüsumu tətbiq etmək qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının müvafiq qərarı Aİ-nin rəsmi jurnalında dərc edilib.

Qərarda qeyd olunub ki, rüsumlar ixracatçı şirkətdən asılı olaraq 17,2-28,5% təşkil edəcək. Alınmış antidempinq qərarının 6 ay davam edəcəyi bildirilir. Avropa Komissiyasının qərarı sabahdan qüvvəyə minəcək.

Xatırladaq ki, ABŞ Ticarət Nazirliyi də bir neçə gün öncə Çindən alüminium folqaları üçün idxalı rüsumunu 16,5%-dən 81%-ə artırmağı planlaşdırdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi