“Araz Vadisi İqtisadi Zonası”nda gömrük anbarı yaradılması müzakirə edilib

“Araz Vadisi İqtisadi Zonası”nda gömrük anbarı yaradılması müzakirə edilib İqtisadiyyat Nazirliyi yanında İqisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması mövzusunda videoformatda görüş keçirilib.
Sənaye
22 Aprel , 2022 16:09
“Araz Vadisi İqtisadi Zonası”nda gömrük anbarı yaradılması müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması mövzusunda videoformatda görüş keçirilib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, "Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosasiyası" İctimai Birliyinin rəsmi nümayəndələri ilə yanaşı, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən "FedEx", "DHL", "UPS", "TNT", "ASE Forwarding" şirkətlərinin yerli təmsilçiləri də iştirak ediblər. Tədbirdə logistik imkanlar baxımından əlverişli mövqedə yerləşən sənaye parkı haqqında məlumat verilib və yaxın vaxtlarda sənaye parkında gömrük anbarlarının açılması məsələlərinə dair müzakirələr aparılıb. Sonda görüşdə iştirak edən təşkilatlar və şirkətlər arasında birgə İşçi Qrupunun yaradılması və fəaliyyət planının hazırlanmasına dair qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi