Araz Əliyev: "İstehlak bazarının təhlükəli mallardan qorunması üçün kompleks tədbirlər davam etdirilir"

Araz Əliyev: "İstehlak bazarının təhlükəli mallardan qorunması üçün kompleks tədbirlər davam etdirilir" ​"Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda seminar keçirilib
Sənaye
10 Aprel , 2015 19:20
Araz Əliyev: İstehlak bazarının təhlükəli mallardan qorunması üçün kompleks tədbirlər davam etdirilir

Bakı. 10 aprel. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gün Mingəçevir Politexnik İnstitutunda "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda maarifləndirmə tədbiri keçirib.

“Report” nazirliyin məlumatına əsasən bildirir ki, tədbirdə ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib. Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verib. İstehlakçı hüquqlarının qorunmasının ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayan A.Əliyev bu baxımdan istehlakçı hüquqlarının daha etibarlı qorunması, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması üçün kompleks tədbirlərin davam etdirildiyini qeyd edib. 

Seminarda çıxış edənlər maarifləndirmə işlərinin mühüm önəmini bir daha vurğulayıblar, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmağı, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etməyi özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələrini tövsiyə ediblər.

Son xəbərlər

Orphus sistemi