​Anglo-Asian Mining qızıl istehsalını artırıb

​Anglo-Asian Mining qızıl istehsalını artırıb Şirkətin səhmlərinin dəyəri 23% artıb
Sənaye
14 İyul , 2015 13:12
​Anglo-Asian Mining qızıl istehsalını artırıb

Bakı. 14 iyul. REPORT.AZ/ Qızıl hasilatı ilə məşqul olan Anglo-Asian Mining şirkəti Azərbaycanın Gədəbəy rayonunda yerləşən yatağında istehsalın rekord səviyyəyə çatması fonunda səhmlərinin dəyərinin artdığını açıqlayıb.

"Report"un mining.com saytına istinadən verdiyi məlumata əsasən, şirkətin səhmlərinin dəyəri 23% artaraq 7.25 funt sterlingə çatıb.

Bundan əlavə, şirkətin saytında dərc edilən şərhdə deyilir ki, bu ilin yanvar-iyun aylarında qızıl istehsalı 32,8% artaraq 36 min usiyaya çatıb. 2015-ci ildə şirkətin qızıl istehsalı ilə bağlı qarşısına qoyduğu məqsəd 70-75 min unsiya idi.

Şirkətin icraçı direktoru Rza Vazerinin sözlərinə görə, bu dövrdə qızıl istehsalı şirkətin daxili gözləntilərini üstələyib. Bu isə, 2015-ci ilin qalan dövrü üçün şirkətə mövqeyini gücləndirmək üçün imkan yaradır. 

Son xəbərlər

Orphus sistemi