"Anglo-Asian Mining” Azərbaycandakı yeni yataqda qızılın həcminin artdığını açıqlayıb

Sənaye
  • 25 yanvar, 2023
  • 11:46
Anglo-Asian Mining” Azərbaycandakı yeni yataqda qızılın həcminin artdığını açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gilər yatağında əlavə qazma nəticələrini elan edib.

“Report” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, nəticələr daha əvvəlki qazmada bildirilmiş minerallaşmanın genişlənməsini təsdiq edərək, qızıl və mis minerallaşmasını 68 metrə qədər dərinlikdə olan filizlərin çıxışını aşkar edib.

Məlumata görə, 320 metr dərinlikdə olan ərazidə 68,35 metr dərinliyində filiz yatağı aşkar edilib. Onun tərkibində hər ton üçün 2,4 qram qızıl, 2,89 % mis və 1,58 % sink var.

Nəticələr Cənub-Qərbi Gilar sahəsində altı şaquli əsaslı qazma quyusunun genişlənməsindən əldə edilib. Qazma işləri nəticəsində altı minerallaşma zonası müəyyən edilib. Gilar yatağının cənub-qərbində daha iki kənar quyu hazırda tamamlanıb və təftiş keçirilir.

Şirkətdən bildiriblər ki, bu nəticələr kəşfiyyat və hasilat üçün yararlı yeraltı çıxış üçün Gilar yatağında tunelin tikintisinə başlamaq qərarına inamı daha da artırır. Əlavə edilib ki, yeni qazma nəticələri çox güman ki, bu yaxınlarda açıqlanan resurs təxminlərini artıracaq.

“Anglo Asian Mining” şirkətinin vitse-prezidenti Stiven Vesthed bildirib ki, Gilar əhəmiyyətli minerallaşma qalınlığında müstəsna keyfiyyətli qızıl və mis tədarükünü davam etdirir: “Bu, birmənalı olaraq yatağın mineral ehtiyatlarını artıracaq. Gilar yatağında sərbəst qızılın tapılması bizim işlənmə yanaşmamıza düzəliş etməyimizi, metalın çıxarılmasını optimallaşdırmaq üçün ilkin metallurgiya sınaqları planlaşdırmasını mükün edəcək. Komanda bu layihə ilə sürətlə irəliləməkdən və istehsala başlamaqdan çox məmnundur”.

Son xəbərlər

Bütün Xəbər Lenti