"Anglo-Asian Mining” Azərbaycanda qızıl və gümüş hasilatı həcmlərini açıqladı

"Anglo-Asian Mining” Azərbaycanda qızıl və gümüş hasilatı həcmlərini açıqladı İstehsalın dəstəklənməsi üçün bir unsiyanın xərcləri 743 ABŞ dolları təşkil edib
Sənaye
552
25 Sentyabr , 2020 13:35
Anglo-Asian Mining” Azərbaycanda qızıl və gümüş hasilatı həcmlərini açıqladı
0 : 00
0 : 00

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin bu ilin I yarısı ərzində Gədəbəy ərazisində hasilatı 18,5% azalaraq 32 501 unsiya qızıl ekvivalenti olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin I yarımillə bağlı hesabatında qeyd olunub.

Hesabat dövründə qızıl hasilatı 27 922 unsiya, mis hasilatı 1 207 ton, gümüş hasilatı isə 58 529 unsiya təşkil edib. Qızıl hasilatında 18,8% azalma, mis hasilatında 25,3% artım, gümüş hasilatında isə 30,8% azalma qeydə alınıb.

Şirkət yanvar-iyun ayları ərzində 23 979 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 649 ABŞ dolları təşkil edib. Bu dövrdə istehsalın dəstəklənməsi üçün bir unsiyanın xərcləri 743 ABŞ dolları təşkil edib.

“Anglo-Asian Mining” şirkətinin proqnozuna əsasən, 2020-ci ildə şirkətin gəlirləri qiymətli metalların hazırkı qiymətlərində 100 mln ABŞ dollarını ötəcək.

Məlumata görə, bu ildə şirkətin istehsal gücü 75-80 min unsiya (qızıl ekvivalenti) arasında dəyişəcək.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi