Analitiklər "Petkim"in IV rübdə 95 mln. lirə mənfəət əldə etdiyini düşünür

Analitiklər "Petkim"in IV rübdə 95 mln. lirə mənfəət əldə etdiyini düşünür Ən yüksək gözlənti isə 175 mln. lirə olub
Sənaye
1 Fevral , 2017 18:01
Analitiklər Petkimin IV rübdə 95 mln. lirə mənfəət əldə etdiyini düşünür

Bakı. 1 fevral. REPORT.AZ/ Analitiklər əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan “Petkim Holding”in 2016-cı ilin IV rübündə təxminən 95 mln. Türkiyə lirəsi (TRY) həcmində mənfəət əldə etdiyini hesab edir.

“Report” “Borsagündəm”ə istinadən xəbər verir ki, “Forex” sorğusuna görə, “Petkim”in rüblük mənfəəti ilə bağlı ortalama təxmin 103,6 mln. lirə, ən yüksək təxmin 175 mln. lirə, ən aşağı təxmin isə 47 mln. lirə olub.

Sorğuda “Deniz Yatırım”, “İş Yatırım”, “Ziraat Yatırım”, “Oyak Yatırım”, HSBC, “Global Menkul”, “Ak Yatırım”, “Garanti Yatırım” ve “Finans Yatırım” olmaqla, ümumilikdə 10 şirkətin analitikləri iştirak ediblər.

Qeyd edək ki, “Petkim”in yekun maliyyə göstəricilərini mart ayının ilk həftəsində açıqlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi