Aİ Rusiyadan polad məhsullarının idxalını yasaqlayacaq

Aİ Rusiyadan polad məhsullarının idxalını yasaqlayacaq Avropa İttifaqı (Aİ) Rusiyadan müəyyən növ polad məmulatlarının idxalına və Rusiyaya müəyyən yarımkeçiricilərin ixracına qadağa qoymağı planlaşdırır
Sənaye
29 Sentyabr , 2022 08:31
Aİ Rusiyadan polad məhsullarının idxalını yasaqlayacaq

Avropa İttifaqı (Aİ) Rusiyadan müəyyən növ polad məmulatlarının idxalına və Rusiyaya müəyyən yarımkeçiricilərin ixracına qadağa qoymağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa Komissiyasının (AK) yeni sanksiyalar paketi ilə bağlı təklifinə istinadən yazıb.

Bildirilib ki, Aİ “Alrosa” şirkətinə qarşı sanksiyalar tətbiq etmək və zərgərlik sənayesində istifadə olunan “müəyyən elementlərin” Rusiyadan idxalını yasaqlamaq niyyətindədir. Xüsusilə qiymətli daş və metallardan bəhs olunur.

Rəsmi Brüssel həmçinin filosof Aleksandr Duginə, müğənni Nikolay Rastorquyevə və “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikova qarşı da sanksiya tətbiq etmək istəyir.

Qeyd edək ki, daha öncə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ukraynanın işğal altındakı Donetks, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendumlar”la əlaqədar şəxslərə və təşkilatlara qarşı şəxsi məhdudiyyətlərin genişləndirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi