Ağdamda sement və beton qatqıların istehsalı müəssisəsi yaradılır

Ağdamda sement və beton qatqıların istehsalı müəssisəsi yaradılır "Qreys.A." MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Sənaye
19 Fevral , 2024 14:09
Ağdamda sement və beton qatqıların istehsalı müəssisəsi yaradılır

"Qreys.A." MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, şirkət Parka 6,5 milyon manat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq.

"Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi