Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verilib

Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verilib İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 9-a çatıb.
Sənaye
173
13 May , 2022 11:13
Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verilib

İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 9-a çatıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunlar Azərbaycan kapitallı “Agah Group” MMC və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kapitallı “Expert Services FZE” şirkətidir. 1-ci şirkət Parkda metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, 2-ci şirkət isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fəaliyyəti ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi