Yuxarı

​ABŞ və Çin ticarət müharibəsinə başlayıb

İnvestorlar Çinin ABŞ-a hansı formada cavab verəcəyini gözləyir

Bakı. 23 may. REPORT.AZ/ ABŞ-ın Çin polad məhsullarına idxal rüsumlarını kəskin artırmasından sonra Çinin buna cavab verəcəyi gözlənilir. "Report" xəbər verir ki, investorların Çin iqtisadiyyatının canlanacağı barədə səslənən fikirlərə inamları getdikcə azalmağa başlayıb və bununla da bu ölkənin əmtəə bazarı ciddi problemlərlə üzləşib. Belə ki, dəmir filizinin qiyməti bu gün 7% , may ayı ərzində isə ümumiyyətlə 30%, polad armaturunun qiyməti bu gün 5%, mayda toplam 32% enib. Ekspertlər bu əmtəələr üzrə bazarın ən aşağı səviyyəyə enməsinin xeyli davam edəcəyini düşünürlər. Bundan başqa, ekspertlər Çinə xəbərdarlıq ediblər ki, izafi istehsal gücləri gec və ya tez qiymətlərin kəskin azalmasına və sektorun çətinliklərlə üzləşməsinə səbəb olacaq. Lakin ABŞ-ın idxal rüsumlarını artırılması ilə bağlı qərarınadək olan qiymətlər istehsalçıların hələ mənfəətlə işləməsinə imkan yaradırdı.

ABŞ-ın polad məhsullarına 522% idxal rüsumu tətbiq etməsindən sonra Çin əmtəə bazarında probləmlər kəskinləşməyə başlayıb. Bununla da faktiki olaraq Çindən ABŞ-a polad məhsullarının idxalı dayanıb. Qeyd edək ki, ABŞ bu qərarı 2015-ci ildə ölkədə fəaliyyət göstərən əsas poladtökmə şirkətləri olan "US Steel", "AK Steel Corp.", "Arcelor Mittal", "Nucor Corp." və "Steel Dynamics" tərəfindən verilən iddia ərizəsi əsasında qəbul edib.

ABŞ-ın bu qərarından sonra Çin ABŞ fond birjalarına neqativ təsir edəcək cavab tədbirlər axtarışına başlayıb. Bununla da Çin terli investorları kapitalın paylanması üzərində düşünməyə məcbur etmək niyyətindədir. Bundan başqa, istər Çin, istərsə də ABŞ fond birjalarında indekslərin yüksək səviyyədə saxlamaq bahasına milli iqtisadiyyatların "zənginlik yaratmasına" nail olmaq istəyir. Hazırda Çinin ABŞ-a hansı formada cavab verəcəyi maraqla izlənilir. Əsas məlum olan odur ki, artıq iki ölkə arasında ticarət müharibəsi başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi