ABŞ və Çin arasında ticarət müharibəsi başlayıb

ABŞ və Çin arasında ticarət müharibəsi başlayıb Alüminium folqasına idxal rüsumu 5 dəfə artırılır
Sənaye
9 Avqust , 2017 13:46
ABŞ və Çin arasında ticarət müharibəsi başlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ ABŞ Ticarət Nazirliyi Çindən alüminium folqanın idxal tariflərini 16,5%-dən 81%-dək artırlması barədə ilkin qərarını açıqlayıb. 

"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, buna səbəb alüminium folqa ixracına Çin hökuməti tərəfindən subsudiyaların ayrılması amili olub.

ABŞ-ın ticarət naziri Uilbur Ross (Wilbur Ross) açıqlamasında bildirib ki, ABŞ qarşılıqlı ticarət, azadlıq və ədalət prinsiplərinə riayət edir: "Bu qərarı imzalamağımıza səbəb olan məlumatı nəzarətdən keçirməyə davam edəcəyik. Tramp administrasiyası xarici ölkələrin zərərverici ticarət təcrübələrinin bizim əsas sənaye sahələri, işçilər və müəssisələrimizə qarşı üstünlük əldə etməsinə izn verməyəcək".

ABŞ Ticarət Departamentinin hesabatına görə, Çindən alüminium folqa idxalı 2016-cı ildə 389 mln. dollar təşkil edib. ABŞ Alüminium Assosiasiyası isə öz növbəsində hökumətin bu qərarından məmnun olduğunu bildirib. Assosiasiyanın prezidenti və icraçı direktoru Heydi Brok ( Heidi Brock) hesab edir ki, ABŞ-ın alüminium istehsalçıları dünyada ən rəqabətə davamlı müəssisələr olsa da, Çin hökuməti tərəfindən subsidiya olunan məhsullara qarşı mübarizə aparmaları mümkün deyil".

Son xəbərlər

Orphus sistemi