“Anglo Asian Mining Plc” Azərbaycanda hasilat həcmini artırmağa hazırlaşır

“Anglo Asian Mining Plc” Azərbaycanda hasilat həcmini artırmağa hazırlaşır Azərbaycanda qızıl, gümüş, mis hasilatını həyata keçirən “Anglo Asian Mining Plc” (AAM) şirkəti “Zəfər” metal yatağındakı ehtiyatların həcminə dair ilkin dəyərləndirmənin nəticəsini açıqlayıb.
Sənaye
16 Avqust , 2021 20:23
“Anglo Asian Mining Plc” Azərbaycanda hasilat həcmini artırmağa hazırlaşır

Azərbaycanda qızıl, gümüş, mis hasilatını həyata keçirən “Anglo Asian Mining Plc” (AAM) şirkəti “Zəfər” metal yatağındakı ehtiyatların həcminə dair ilkin dəyərləndirmənin nəticəsini açıqlayıb.

“Report” xəbər verir ki, şirkətin verdiyi açıqlamaya görə, yataqda 51 min ton mis, 82 min unsiya qızıl, 40 min ton sink olduğu müəyyənləşdirilib. Böyük Britaniya şirkətinin rəhbəri Rza Vəziri tam dəyərləndirmənin bu ilin sonunadək başa çatacağını bildirib.

Həmçinin şirkətin vitse-prezidenti Steven Uesthed qeyd edib ki, yataqda hasilat işləri 2023-cü ildə başlamalıdır: “Yataqda aparılan kəşfiyyatın nəticələri ümidvericidir, şirkətimiz tərəfindən metal hasilatının həcmini artırmağa əsas yaradır”.

Xatırladaq ki, AAM ölkəmizdə qızıl hasilatı işlərini 1997-ci ilin 21 avqust tarixində imzalanmış PSA (məhsul bölüşdürmə müqaviləsi) müqaviləsi çərçivəsində həyata keçirir. Belə ki, müqavilədə hökumətin payı 51 faiz, şirkətin payı isə 49 faizdir. “Gədəbəy” qızıl yatağında ilk hasilat 2009-cu ildən başlayıb.

Bu ilin əvvəlində kəşf edilmiş “Zəfər” yatağı isə “Gədəbəy” yatağının 1,5 kilometrliyində yerləşir.

Son xəbərlər

Orphus sistemi