2022-ci ildə Azərbaycan metanol ixracından qazancını 46 %-dən çox artırıb

Sənaye
  • 01 fevral, 2023
  • 11:56
2022-ci ildə Azərbaycan metanol ixracından qazancını 46 %-dən çox artırıb

2022-ci il ərzində Azərbaycan 131,9 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib.

İcmala görə, bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 41,8 milyon ABŞ dolları və yaxud 46,4 % çoxdur.

2022-ci ilin dekabr ayında Azərbaycan 11,2 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib. Bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 2,7 milyon ABŞ dolları və yaxud 19,4 % azdır.

Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti