Yuxarı
    Bağlamaq

    Azərbaycanda ​vərəmə daha çox hansı yaş qrupunda olan insanların tutulduğu açıqlanıb

    Qadınlar arsında vərəm diaqnozu qoyulanların sayı azalıb

    Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycanda qeydə alınan aktiv vərəm xəstələri arasında 18-29 yaş qrupundan olan insanlar üstünlük təşkil edir. "Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2014-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış 4384 vərəm xəstələrinin 1570 nəfəri 18-29 yaş qrupundan olanlardır. 2009-cu ildə qeydə alınan 4 401 xəstədən 1 807-si 18-29 yaş qrupunda olub. Sonrakı yeri 1 189 sayla 45-64 yaşlı xəstələr tutur. 4-5 il bundan öncəki illərlə müqayisədə hazırda 45-64 yaşlı insanlar arasında vərəmlə xəstələnmə halı 30-44 yaşlı insanları üstələyib.
    Belə ki, 2009-cu ildə bu yaş qqrupundan olan insanlar arasında 830 xəstələnmə halı qeydə alınıb. 30-44 yaş qrupundan olan insanlar arasında isə həminil qeydə alınmış xəstələrin sayı 1139, 2014-cü ildə isə 1027 nəfər olub.

    Qeyd edək ki, 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan 4384 vərəm xəstələrindən cəmi 1220 nəfəri qadın olub. 2009-cu ildə qeydə alınmış 4401 xəstədən 1157-si qadın olub. Son illərin statistikası qadınlar arasında vərəmə tutulma hallarının nisbətən azaldığını göstərir. Belə ki, 2011-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan qadın xəstələrin sayı 1450, 2012-ci ildə 1323, 2013-cü ildə 1252, 2014-cü ildə 1220 nəfər olub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi