Yuxarı

Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyənlər icbari qaydada sığorta ediləcəklər

Bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında qanuna dəyişiklik edilməsi təklif edilib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyənlər icbari qaydada sığorta ediləcək. "Report"un məlumatına görə, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında "Azərbaycanda vərəmlə mübarizə haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib.

Dəyişikliyə əsasən, vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq icbari qaydada sığorta ediləcək.

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi