Yuxarı
    Bağlamaq

    ​ÜST Səudiyyə Ərəbistanına gedənlərə xəbərdarlıq edib

    Koronovirus epidemiyası davam edir

    Bakı. 20 sentyabr. REPORT.AZ/ MERS (SARS) xəstəliyinin törəməsi olan koronovirusun yaratdığı tənəffüs yolları xəstəliyindən dünyada 550 insan həyatını itirib. "Report"un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Peter Ben Embarek açıqlayıb. 

    O, Həcc müddətində epidemiyanın davam etdiyini bildirib və Səudiyyə Ərəbistanına üz tutanlarla bağlı xəbərdarlıq edib: "Dünyada bu xəstəliklə bağlı baş verən 564 hadisədə 550 insan dünyasını dəyişib. Xəstəliyə tutulan 3 insandan biri həyatını itirir". 

    P.Embarek epidemiyanın beynəlxalq səviyyədə narahatlıq yaratdığını vurğulayıb. 

    Qeyd edək ki, dünyada MERS olaraq bilinən Yaxın Şərq tənəffüs yolları sindiromu ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi