Yuxarı

​Azərbaycanda uşaqlar arasında bəzi xəstəliklərin sayı kəskin artıb

Ötən il 0-13 yaş arası uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin ümumi sayı 680 039 olub

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanda 0-13 yaş uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan bəzi xəstəliklərin sayında artım var.

"Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, ötən il 0-13 yaş arası uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin ümumi sayı 680 039 olub.

2007-ci ildə bu rəqəm 642 302 idi.

2007-ci ildə ilk dəfə diaqnozu qoyulan xəstəliklər arasında yenitörəmələrin sayı 286 olubsa, 2014-cü ildə 401-ə yüksəlib.

Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizminin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar 2013-cü ildə 20 577 olduğu halda, 2014-cü ildə 26 239-a çatıb.

Artan xəstəliklər arasında sinir sistemi xəstəlikləri də yer alıb. 2007-ci ildə diaqnozu ilk dəfə qoyulan sinir sistemi xəstəliklərinin sayı 20 832, 2014-cü ildə 36 249 olub.

Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri 2007-ci illə müqayisədə ötən il 4 min fakt daha çox aşkarlanıb.

Artan xəstəliklər arasında anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları xəstəlikləri də var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi