UNICEF: Azərbaycanda hər 10 uşaqdan 2-si həyatlarının ilk saatında ana südü alır

UNICEF: Azərbaycanda hər 10 uşaqdan 2-si həyatlarının ilk saatında ana südü alır Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan körpələrin 20%-dən az bir hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir.
Sağlamlıq
31 İyul , 2018 16:14
UNICEF: Azərbaycanda hər 10 uşaqdan 2-si həyatlarının ilk saatında ana südü alır
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan körpələrin 20%-dən az bir hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir.

UNICEF-in Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümudünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında deyilir.

"Məqamı yaxala (Capture the Moment)" adlı həmin hesabata əsasən, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.

Ümumilikdə isə dünyada təxminən 78 milyon körpənin və ya hər beş körpədən üçünün doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanmır, bu da körpələr arasında ölüm və xəstəlik riskini artırır.

Edvar Karvardin

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvar Karvardin bildirib ki, uşaqların ana südü ilə qidalanması onlara həyata maksimum yaxşı başlanğıc təqdim edir. “Biz Azərbaycanda ana südü ilə qidalanmanın təşviq edilməsi istiqamətində hökumətə göstər

Son xəbərlər

Orphus sistemi