Yuxarı

​Tibb Universitetində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

Tədbiri giriş nitqi ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli açıb

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Report"a ATU-dan bildirilib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, müasir Azərbaycanın tarixini yaşayırıq. Bu çətin məqamda bütün xalqın diqqəti Naxçıvanda olan Ümummilli lider Heydər Əliyevə yönəlib: "15 iyun - Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı gün bizim qurtuluş günümüzdür. Bizlərin borcudur ki, bu hadisələri, Ulu Öndərin Azərbaycan xalqı üçün etdiklərini gənclərə çatdıraq”.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında deyib ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalqın milli-mənəvi dəyərlərindən çıxış etməklə görülən işlər Heydər Əliyevi xalqımızın Milli Liderinə çevirməklə bərabər, Azərbaycanı da dünyanın qabaqcıl dövlətləri sırasına yüksəldib.

Tədbirin davamında Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi