TƏBİB sədri qan donorlarına müraciət edib

TƏBİB sədri qan donorlarına müraciət edib Bu gün üçün qan təlabatı çox mühümdür. Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur. Bundan da narahatıq.
Sağlamlıq
8 Aprel , 2020 17:59
TƏBİB sədri qan donorlarına müraciət edib
0 : 00
0 : 00

"Bu gün üçün qan təlabatı çox mühümdür. Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur. Bundan da narahatıq".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, qan elə vasitədir ki, ödəniş edib almaq olmur:

"Donorlara üzümü tutub deyərdim ki, bu nəcib əməlinizi yenə də davam etdirin. Onların qan alan zaman bütün təhlükəsizlikləri təmin edilir. Vətəndaşlar daha humanist olmalıdır".

Son xəbərlər

Orphus sistemi