Yuxarı

TƏBİB: Karantin tədbirləri nəticəsində vəziyyəti idarə edə bilirik

​TƏBİB: Karantin tədbirlərinin nəticəsində vəziyyəti idarə edə bilirik

880

"Artıq bildiyiniz kimi ölkəmizin daxilində də yoluxma halları aşkarlanır. Biz həyata keçirdiyimiz məqsədyönlü karantin tədbirlərinin nəticəsində vəziyyəti idarə edə bilirik. Yəni epidemioloji vəziyyətə nəzarət edə bilirik".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Əgər bu tədbirlər vaxtında görülməsəydi, biz - bütün həkim ordusu, təcili yardım xidməri səfərbər olmasaydıq, bu vəziyyəti idarə edə bilməzdik", deyə R.Bayramlı bildirib.

TƏBİB-in sədri vurğulayıb ki, Azərbaycanı yaxın qonşu ölkələrlə, Cənubi Qafqaz regionunda olan ölkələrlə müqayisə etmək lazımdır:

"Bunu xüsusi vurğulamaq istəyirəm ki, biz qonşu ölkələrlə müqayisədə fərqliyik. Həm əhalimizin sayı bir neçə dəfə fərqlidir, həm də iqtisadiyyatı inkişaf etməkdə olan və xariclə açıq, böyük əlaqələri olan dövlətik. İstər turizm, istər neft, istərsə də qeyri-neft sektoru olsun, bizim digər dövlətlərlə çox böyük iqtisadi əlaqələrimiz var. Burada iqtisadi göstəricilərə baxmaq kifayətdir. Buna görə, bizim riskimiz onlar qədər deyil və bu gün epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi