Yuxarı
    Bağlamaq

    Şöbə müdiri: "Azərbaycanda hər il 80-90 xəstəyə böyrək və qaraciyər köçürülür"

    Fariz Babayev: Orqan nəqlində ən böyük problem orqanların əldə edilməsi sahəsində özünü göstərir

    Bakı. 1 iyun. REPORT.AZ/ "Azərbaycanda hər il 80-90 xəstəyə böyrək və qaraciyər köçürülür".

    “Report” xəbər verir ki, bunu Bakıda orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunmuş II Beynəlxalq Konqresin açılış mərasimində akademik Mirməmməd Cavadzadə adına Respublika Uroloji Klinikasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib.

    Şöbə müdiri deyib ki, hazırda Azərbaycanda xəstələrə yalnız yaxın qohumların və ailə üzvlərinin orqanları köçürülür: “Bütün dünyada vəfat etmiş insanın daxili orqanlarından, o cümlədən böyrəklərindən daha geniş istifadə olunur. Beynəlxalq əməkdaşlıq Azərbaycanda da problemin həll olunmasına imkan yaradacaq. 2009-cu ildən başlayaraq ölkədə xəstələrə böyrək, qaraciyər köçürülür. Bir ildən çoxdur ki, Azərbaycanda sümük iliyi əməliyyatları da həyata keçirilir və artıq 23 bu cür əməliyyat reallaşdırılıb”.

    F.Babayevin sözlərinə görə, orqan nəqlində ən böyük problem orqanların əldə edilməsi sahəsində özünü göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi