Səhiyyə Nazirliyinin kollegiyasının 11 nəfərdən ibarət yeni tərkibi müəyyənləşib

Səhiyyə Nazirliyinin kollegiyasının 11 nəfərdən ibarət yeni tərkibi müəyyənləşib Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib.
Sağlamlıq
30 Avqust , 2018 03:31
Səhiyyə Nazirliyinin kollegiyasının 11 nəfərdən ibarət yeni tərkibi müəyyənləşib

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, kollegiyanın 11 nəfərdən ibarət yeni tərkibi aşağıdakı kimidir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının səhiyyə naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası səhiyyə nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdiri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi

Azərbaycan Tibb Universitetinin rektoru

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi

Son xəbərlər

Orphus sistemi