Yuxarı
    Bağlamaq

    Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək

    Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək

    Bakı. 6 iyul. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev sabah Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

    Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib. 

    Bildirilib ki, nazir Oğuz,Şəki, Zaqatala, Balakən, Qax, rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

    Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

    Qəbula yazılmaq istəyən vətəndaşlar Oğuz Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi