Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək
Sağlamlıq
6 İyul , 2017 18:23
Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək

Bakı. 6 iyul. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev sabah Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazir Oğuz,Şəki, Zaqatala, Balakən, Qax, rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Oğuz Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi