Babek Salek: "Qalxanabənzər vəzi xəstəliyi çox zaman başqa xəstəliklərin maskası altında gedir"

Babek Salek: "Qalxanabənzər vəzi xəstəliyi çox zaman başqa xəstəliklərin maskası altında gedir" "Qonşu ölkəyə müalicəyə gedənlərin bəziləri ölkəyə tabutun içərisində qayıdırlar"
Sağlamlıq
25 May , 2017 13:06
Babek Salek: Qalxanabənzər vəzi xəstəliyi çox zaman başqa xəstəliklərin maskası altında gedir

Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycanda həkim müayinəsindən keçməyib xarici ölkələrə gedən xəstələrin sayı çoxluq təşkil edir".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

Onun sözlərinə görə, yerli həkimlər xəstələrə hormon və ya digər müalicələrdən keçməyi məsləhət görsələr də, insanlar buna əməl etmirlər: "Ancaq İrana, Türkiyə və digər ölkələrə gedəndə nə deyilirsə, lazım olan-olmayan analizlərin hamısını başdan-ayağa verirlər. Qonşu ölkəyə müalicəyə gedən xəstələrin bəziləri tabutun içərisində qayıdırlar. Amma bunlardan danışan yoxdur. Sizi inandırım ki, bu gün bizim həkimlərin, eləcə də aparılan əməliyyatların səviyyəsi heç bir Avropa ölkəsindən aşağı deyil. İnsanların müraciət etməsi üçün çox savadlı, təcrübəli, peşəkar həkimlər var. Vaxtında müraciət olunarsa, kömək edə bilərik".

Mərkəz rəsmisi bildirib ki, bu gün bütün bölgələrdə yodlaşdırılmış duz satılır və nəticədə hazırda endemik "zob" deyilən böyük "zob"larla qarşılaşmırıq: "Sadəcə endemik "zob" olan rayonlarda "zob" xəstəliyindən əziyyət çəkənlər arasında genetik olaraq "zob"a meyllik qalıb. Qalxanabənzər vəzi xəstəliyi çox zaman başqa xəstəliklərin maskası altında gedir".

Son xəbərlər

Orphus sistemi