Professor: "İnsanlar yüksək temperaturlu havada diqqətli olmalıdırlar"

Professor: "İnsanlar yüksək temperaturlu havada diqqətli olmalıdırlar" Bir neçə gündür havanın temperaturunun yüksək olması meteohəssas insanlar üçün əlverişsizdir. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də isti temperatur diskomfortu ilə bağlı xəbədarlıq da yaymışdı.
Sağlamlıq
9 İyul , 2019 13:18
Professor: İnsanlar yüksək temperaturlu havada diqqətli olmalıdırlar

Bir neçə gündür havanın temperaturunun yüksək olması meteohəssas insanlar üçün əlverişsizdir. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də isti temperatur diskomfortu ilə bağlı xəbədarlıq da yaymışdı.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Report”a açıqlamasında insanları yüksək temperaturlu havada diqqətli olmağa çağırıb: “İnsanların uyğunlaşdığı müəyyən temperatur var. Həmin temperatur yüksəldikdə insanlar özlərini yaxşı hiss etmirlər. Ekvatorial və tropik zonalarda insanlar 40 dərəcəyə uyğunlaşıblar. Amma Azərbaycan üçün bu temperatur yüksəkdir. Belə olan halda, ilk növbədə, isti ilə təması azaltmaq lazımdır. Yəni istivurma və günvurma hallarının profilaktikası üçün gündüz saat 12:00-dan 18:00-dək günəş şüaları altında mümkün qədər az olmaq lazımdır". 

Onun sözlərinə görə, işləyən şəxslərin sərinkeş və kondisonerdən istifadə etməsi zəruridir: "İşləməyən insanların isə ev şəraitində olması lazımdır. Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar diqqətli olmalıdırlar. Çünki orqanizmdəki suyun böyük hissəsi buxarlandığından belə şəxslər isti havada daha pis olurlar. Ümumiyyətlə, həddindən artıq isti zamanı bədənin müdafiə reaksiyaları işə düşür. Bu zaman dəridə qan kapilyarları genişlənir. Dərinin tənəffüsü güclənir, buxarlanma artır, lakin bu hal müəyyən müddət ola bilər. Çünki daha sonra uyğunlaşma mexanizmi tükənir və daxili temperatur yüksəlir. Temperatur qalxan kimi günvurma hadisəsi baş verir. Ona görə də bu halla üzləşmiş şəxsi dərhal sərin yerə keçirməli, başına və ayaqlarına yaş dəsmal qoyulmalı, maye qəbul etdirilməli, sonra isə həkim çağırılmalıdır. Bədəndəki maye buxarlandığından itirilən mayeni bərpa etmək vacibdir. Bunun üçün gündəlik maye qəbulunu artırmaq lazımdır”.

Professor bildirib ki, insanlar günəş şüalarının birbaşa təsirindən qorunmalıdır: “Bünün üçün günəş eynəklərindən, xüsusi baş örtüklərindən istifadə etmək lazımdır. Eyni zamanda çimərlikdə günəş vannası qəbul edən şəxslər mütləq dəri qoruyucu kremlərdən istifadə etsinlər. Əks halda, dəridə yanıqlar əmələ gələ bilər. Bu yanıqlar bəzən çox ağır keçir”. 

Son xəbərlər

Orphus sistemi