Yuxarı
    Bağlamaq

    Ötən il Mərkəzi Qan Bankına donor kimi qan verənlərin sayı açıqlanıb

    Direktor müavini: “2016-cı ilin 11 ayı ərzində ölkə üzrə donor sayı 76 692 nəfər, tədarük edilən qanın miqdarı isə 36 368.9 litr olub”

     Bakı. 11 yanvar. REPORT.AZ/ “Ötən il Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına donor kimi 44 393 nəfər qan verib”.

    “Report”un məlumatına görə, bunu bankın direktor müavini Namirə Abbasova B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda hesabat xarakterli tədbirdə çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, 2016-cı ilin 11 ayı ərzində ölkə üzrə donor sayı 76 692 nəfər, tədarük edilən qanın miqdarı isə 36 368.9 litr olub: “Aşura günü 4 141 nəfər qan verib, tədarük edilən qanın miqdarı 1863,8 litr təşkil edib”.

    N.Abbasova qeyd edib ki, donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi donorların sayının və tədarük edilən qan və onun komponentlərinin miqdarının artmasına səbəb olub. O qeyd edib ki, görülən tədbirlər arasında MQB-ın VEB saytın yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, kütləvi informasiya vasitələri ilə çoxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi kimi tədbirlər var: "Son zamanlar Səhiyyə Nazirliyi qan xidməti və donoluq sahəsində köklü islahatlar aparıb. Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilib. Qan xidmətinin strukturunun modernləşdirilməsi nəticəsində qan tədarük edən müəssisələrin sayı xeyli azalıb, bu isə donorların səmərəli istifadəsinə və donor qanında infeksiyaların yoxlanılmasının yaxşılaşdırılmasına imkan yaradıb”.

    Direktor müavini əlavə edib ki, 2010-cu ildə ölkə üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6 % artaraq 75 184 nəfərə çatıb: “Bu rəqəmin də təxminən 54,5 %-i bankın donorlarının payına düşür. Yəni, 40 972 nəfər donor Mərkəzi Qan Bankına qan verib. Donor sayının artması ilə bağlı təbii ki, tədarük olunan qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım edilib. Ölkə üzrə 2010-cu ildə 21 ton 131 litr tədarük edilmişdisə, 2015-ci ildə bu rəqəm 73,2 % artaraq 36 ton 598 litrə kimi yüksəlib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi