Yuxarı
    Bağlamaq

    Ötən il laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınan məhsulların sayı açıqlanıb

    “Ət məhsulları ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir”

    Bakı. 15 fevral. REPORT.AZ/ "Ötən il Azərbaycana gətirilən 10 998 qida məhsulu, 4 484 qeyri-ərzaq məhsulları laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınıb".

    "Report" xəbər verir ki, bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh deyib.

    Onun sözlərinə görə, fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycana gətirilən və dövlət qeydiyyatına alınan məhsullar arasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, yağlar, müxtəlif qənnadı məhsullar üstünlük təşkil edir: “Ölkələr arasında isə Türkiyə, Rusiya, Ukrayna, Avropanın - Almaniya, Fransa, İtaliya və digər ölkələrindən gətirilənlər daha çox olur. Məsələn, bu gün ət məhsulları ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir”.

    N.Saleh əlavə edib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi