Yuxarı
    Bağlamaq

    Ötən il Azərbaycanda saxta tibb diplomlarının sayı artıb

    Materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib

    Bakı. 14 fevral. REPORT.AZ/ “Səhiyyə Nazirliyi tərəfindən ötən il sənədlərin araşdırılması prosesi zamanı saxta diplomlar aşkarlanıb”.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, bir diplom əsli daxil olmaqla 191 nəfərə aid toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib: “Bu istiqamətdə həmin qurumla müvafiq tədbirlər davam etdirilir”.

    Xatırladaq ki, 2015-ci ildə aşkar olunan saxta diplomların sayı 188 ədəd təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi