Ötən il Azərbaycanda saxta tibb diplomlarının sayı artıb

Ötən il Azərbaycanda saxta tibb diplomlarının sayı artıb Materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib
Sağlamlıq
14 Fevral , 2017 15:22
Ötən il Azərbaycanda saxta tibb diplomlarının sayı artıb

Bakı. 14 fevral. REPORT.AZ/ “Səhiyyə Nazirliyi tərəfindən ötən il sənədlərin araşdırılması prosesi zamanı saxta diplomlar aşkarlanıb”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bir diplom əsli daxil olmaqla 191 nəfərə aid toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib: “Bu istiqamətdə həmin qurumla müvafiq tədbirlər davam etdirilir”.

Xatırladaq ki, 2015-ci ildə aşkar olunan saxta diplomların sayı 188 ədəd təşkil edib. 

Son xəbərlər

Orphus sistemi