Bakı. 31 yanvar. REPORT.AZ/ "Ötən ilin iyul-dekabr ayları ərzində fitosanitariya sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 461 karantin və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar edilib".
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tədbirlər nəticəsində 17 nəqliyyat vasitəsi geri qaytarılıb: ''203 xəbərdarlıq edilib, 1 iş hüquq-mühafizə orqanlarına təqdim edilib. 390 zərərsizləşdirmə tədbirləri həyata keçirilib".
Q.Təhməzli əlavə edib ki, 6 ay ərzində 153.8 ton məhsul ölkəyə idxal, 4330 kiloqram məhsul ixrac edilib: "16.4 ton məhsul üzərində monitorinq aparılıb.
Altı ay ərzində zərzərsizləşdirmə tədbirləri ilə bağlı 25 qərar qıbul olunub. 2000 kiloqram konserv, 2300 kiloqram bitki mənşəli qida məhsulu, 3098 kq süd məhsulu, 3620 litr spirtli içki, 31 ton üzüm qurusu, 64 ton günəbaxan tumu, geri qaytarılmış 1500 ton taxıl məhsulu barədə zərərsizləşdirmə qərarı verilib".