Yuxarı
    Bağlamaq

    Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

    Qəbula yazılmaq istəyən vətəndaşlar Mingəçevir Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər

    Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev sabah Mingəçevir Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

    Nazir Mingəçevir, Bərdə, Goranboy, Yevlax rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

    Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Mingəçevir Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi