Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək Qəbula yazılmaq istəyən vətəndaşlar Mingəçevir Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər
Sağlamlıq
12 Mart , 2015 13:42
Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev sabah Mingəçevir Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Nazir Mingəçevir, Bərdə, Goranboy, Yevlax rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Mingəçevir Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi