Yuxarı

Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Qəbula yazılmaq istəyən vətəndaşlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər

Bakı. 30 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 1-də saat 11:00-da Biləsuvar rayonunda vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, nazir Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi