Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edəcək Qəbula yazılmaq istəyən vətəndaşlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər
Sağlamlıq
30 İyun , 2016 17:41
Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. 30 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 1-də saat 11:00-da Biləsuvar rayonunda vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, nazir Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi