Yuxarı

Ombudsman "Reproduktiv sağlamlığın qorunması haqqında" qanunun qəbul edilməsini istəyir

Komitə sədri: Layihənin bu il üçün müzakirəsi nəzərdə tutulmur

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) "Reproduktiv sağlamlığın qorunması haqqında" qanunun qəbul edilməsinin sürətləndirilməsini istəyir.

"Report"un məlumatına görə, bu barədə ombudsmanın "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2014-cü il üzrə illik məruzəsində qeyd olunub.

Sənəddə reproduktiv sağlamlığa dair 2008-2015-ci illər üzrə milli strategiyanın müddətinin bitməsi ilə əlaqədar yeni strategiyanın hazırlanması və qəbul edilməsi də təklif olunub.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə "Report"un sualını cavablandırarkən deyib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin qəbul olunmasında bəzi çətinliklər çıxdığından layihənin müzakirəsi təxirə salınıb: "Layihənin bu il üçün müzakirəsi nəzərdə tutulmur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi