Müasir insanlarda immunitetin zəif olmasının səbəbləri açıqlandı

Müasir insanlarda immunitetin zəif olmasının səbəbləri açıqlandı Müasir insanlarda immunitetin zəif olması antibiotiklərdən nəzarətsiz istifadə ilə əlaqədar ola bilər.
Sağlamlıq
4 May , 2020 11:29
Müasir insanlarda immunitetin zəif olmasının səbəbləri açıqlandı

Müasir insanlarda immunitetin zəif olması antibiotiklərdən nəzarətsiz istifadə ilə əlaqədar ola bilər.

“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim, allerqoloq-immunoloq Marina Apletayeva bildirib.

Onun sözlərinə görə, son zamanlar insan əhalisinin immuniteti xeyli pisləşib. Belə ki, böyüklər və uşaqlar daha tez-tez xəstələnməyə başlayıblar, üstəlik, xəstəlikləri daha ağır keçirirlər. Bu vəziyyətdə yeni viruslar meydana gələn zaman orqanizm onların öhdəsindən gəlməyə bilər.

Mütəxəssis əmindir ki, immuniteti zəiflədən amillərdən biri immun sistemini daha həssas edən antibiotiklərin təsiri ola bilər. M.Apletayeva antibiotiklərin virusları məhv etmədiyini, onlarla virus xəstəliklərindən yaranan ağırlaşmalarda özünü göstərən bakterial infeksiyaların müalicə edildiyini xatırladıb.

Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin İmmunologiya kafedrasının dosenti, allerqoloq-immunoloq Olqa Paşenko da bu fikri dəstəkləyib. 

O qeyd edib ki, antibiotiklərdən şüursuz istifadə immun sisteminin ayrılmaz hissəsi hesab olunan orqanizmin normal mikroflorasının məhvinə səbəb olur. Eyni zamanda, virus və bakteriyaların genomundakı çoxlu mutasiyalar səbəbi ilə patogenlərin antibiotiklərə qarşı müqaviməti artır.

Son xəbərlər

Orphus sistemi